Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Solaris

SolarisSun Microsystems şirkətində işlənib hazırlanmış əməliyyat sistemi. 2010-cu ilin aprelindən Oracle (C) şirkətinə məxsusdur. Solaris qapalı ilkin kodlu əməliyyat sistemi olsa da, onun əksər hissəsi açıqdır və OpenSolaris layihəsində dərc olunub. 1990-cı illərin başlanğıcında Sun Microsystems BSD əsasında olan SunOS əməliyyat sistemini AT&T şirkəti ilə birgə işlənib hazırlanan UNIX System V Release 4 (SVR4) sistemi ilə əvəzlədi və SunOS 5 adını da dəyişərək Solaris 2 qoydu. Sun Microsystems 2.6 versiyası çıxdıqdan sonra addakı "2." hissəciyini atdı və növbəti versiya artıq Solaris 7 adlandı. Solaris, qrafik örtüyə və bəzi əlavə komponentlərə malik SunOS əməliyyat sistemidir.


Previous Page Next Page