Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Andezit

Andezit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andezitporfir, bəzən afir, qabarcıqlı və ya flyuidal teksturlu, əsas kütləsi hialopilit, mikrolit, pilotaksit və ya vitrofir quruluşlu vulkanik süxur. Başlıca mineralları: plagioklaz (püruzlərdə əsasi andezindən bitovnitə, əsas kütlədə isə labradora kimi dəyişir), bir və ya bir neçə rəngli mineral (biotit, bazaltik hornblend), rombik (bronzit, hipersten, enstatit) və monoklinik (diopsid, avgit, pijonit) piroksenlər. Andezit əsasi tərkibli növlərində bəzən olivin, turş növlərində isə kvars qeyd edilir. Andezit adətən vulkan şüşəsi, filiz (maqnetit) və aksessor (apatit, sfen) minerallar olur. Andezitlər ailəsinə mənsubdur. Kimyəvi tərkibinə görə normal sıralı kvarslı dioritlərin effuziv analoqu sayılır. Alüminiumluq əmsalı: al’=0,75–3,5. SiO2-nin miqdarı 57–64%. Postvulkanik dəyişilmələri: propilitləşmə və törəmə kvarsitləşmə. Sinonim: Labrodorofir, Oliqoklazlı porfir, Pyui-andezit və b.


Previous Page Next Page






Andesiet AF Andesita AN أنديزيت Arabic Андэзіт BE Андезит Bulgarian অ্যান্ডিসাইট Bengali/Bangla Andesita Catalan Andezit Czech Andesit Danish Andesit German

Responsive image

Responsive image