KDE - beynəlxalq azad proqram təminatı cəmiyyəti olub[1], Linux, Microsoft Windows, FreeBSD, Solaris və Mac OS X əməliyyat sistemlərində çalışan cross platform tətbiqlər yaradırlar. Əsasən Linux əməliyyat sistemlərində çalışan masasüstü mühit kimi tanınır. KDE-nin əsası 1996-cı ildə Mathias Etrich tərəfindən qoyulub. KDE proqram təminatı Qt çərçivəsi (framework) üzərində yazılır.
KDE 108 dilə tərcümə olunub [2].