Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Terminologiya

Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri).

Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir.

Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s.

Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.

Terminlər çoxu alınmadır. Amma terminlərdən milli olanlar da var. Məsələn, qoşma, çıxma, vurma, bölmə, qalıq, bölünən, bölən, arayış və s.


Previous Page Next Page






علم المصطلحات Arabic পরিভাষা Bengali/Bangla Terminologia Catalan Terminologie Czech Terminologi Danish Terminologielehre German Terminology English Terminologio EO Terminología Spanish Terminoloogia ET

Responsive image

Responsive image