Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Mozilla Foundation

Mozilla Foundation
Loqonun şəkli
Növü 501(c)(3) təşkilatı[d][1]
Yaranma tarixi 15 iyul 2003
Mərkəzi
foundation.mozilla.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mozilla Foundation (moz://a kimi üslublaşdırılıb) — açıq mənbəli "Mozilla" layihəsini dəstəkləmək və kollektiv şəkildə idarə etmək üçün mövcud olan ABŞ qeyri-kommersiya təşkilatı. 2003-cü ilin iyul ayında qurulan təşkilat inkişaf prosesini idarə edən siyasətləri müəyyən edir, əsas infrastrukturu idarə edir, "Mozilla" ticarət nişanlarınamüəllif hüquqlarına nəzarət edir. Onun iki vergi tutulan törəmə müəssisəsi var: bir çox "Mozilla" tərtibatçısını işə götürən və "Mozilla Firefox" veb-brauzerinin buraxılışlarını koordinasiya edən "Mozilla Corporation", "Mozilla Thunderbird" e-poçt müştərisi üzərində işləmək və onun buraxılışlarını əlaqələndirmək üçün tərtibatçıları işə götürən "MZLA Technologies Corporation". "Mozilla Foundation" təşkilatı "Netscape"ə bağlı "Mozilla Organization" tərəfindən təsis edilmişdir. Təşkilat hazırda ABŞ-nin Kaliforniya ştatının Mauntin-Vyu şəhərindəki Silikon vadisində yerləşir.

"Mozilla Foundation" özünü "İnternetdə açıqlığı, innovasiyanı və iştirakçılığı dəstəkləyən qeyri-kommersiya təşkilatı" kimi təsvir edir.[2] Təşkilat "Mozilla"nın "internetin ictimai rifah, eləcə də həyatın kommersiya aspektlərinə fayda verməyə davam etməsi üçün vacib olduğuna inandığı" 10 prinsipi sadalayan "Mozilla" manifestini rəhbər tutur.[3]

  1. https://www.charitynavigator.org/ein/200097189.
  2. "The Mozilla Foundation". Mozilla Foundation. April 30, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 23, 2011.
  3. "The Mozilla Manifesto". Mozilla Foundation. October 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2011.

Previous Page Next Page