Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Kristallar

Kvars kristalı

Kristallaratom və ya molekulları müəyyən nizamlı vəziyyət tutan bərk cisimlərdir. Monokristallar — eyni bir elementar qəfəsin(struktur elementinin) bütün istiqamətlərdə təkrarlanması ilə yaranan kristala deyilir. Bu nizamlı düzülüş kristalın xarici formasında da özünü büruzə verir. Təbiətdə rast gəlinən bütün monokristalları eiementar qəfəsin formasına görə yeddi sinqoniyaya, malik olduqları simmetriya elementlərinin dəstinə görə 32 kristalloqrafik sinifə ayırmaq olar. Monokristalları digər bərk cisimlərdən fərqləndirən əsas əlamət onların fiziki xassələrinin istiqamətdən asılı olmasıdır.

  • Anizotropluq — fiziki xassələrin istiqamətdən asılı olmasına deyilir. Monokristalların elektrik keçiriciliyi , istilik keçiriciliyi, optik xassələri, mexaniki xassələri və s. istiqamətdən asılıdır.
  • Polikristallar — çoxlu sayda kiçik və müxtəlif istiqamətlərdə yönəlmiş monokristallardan yaranmış bərk cisimlərdir. Polikristallardan məsələn metallardan istənilən formalı cisimlər düzəldilir.
  • Amorf cisimlər — atom və ya molekulları müəyyən nizamlı vəziyyət tutmayan bərk cisimlərdir.

Bəzən eyni bir cisim (məsələn kvars) həm amorf həm də kristal şəklində ola bilər.


Previous Page Next Page






Kristal AF Cristal AN بلورة Arabic بلار ARY Cristal AST Kristall BAR Крышталічныя целы BE Крышталь BE-X-OLD Balur BEW Кристал Bulgarian

Responsive image

Responsive image