Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Zeytun

Zeytun
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi AsiyaAvstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var.

"Azərbaycanda yayılmış zeytun"

Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir. Tarixi mənbələrdən aydın olur ki, zeytun 1500–2000 ilə qədər yaşayır. O, 150 ilə qədər məhsul vermə qabiliyyətinə malik olur. Hazırda Tunis dövləti ərazisində yaşı 2000-ə çatan diametri 4 m olan zeytun ağacı qorunub saxlanılır. Bu cür yaşlı zeytun ağaclarına Kipr və Əlcəzair dövlətlərinin ərazilərində də rast gəlmək olar. Zeytun meyvəsinin yetişməsi təkamül nəticəsində qazanılan rənglərinə görə təyin edilir.

Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.Bioloji düsturu:K5L5E5D1(Müzakirə proqramlarında qeyd olunacaq)

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 8. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 8.

Previous Page Next Page






Olea AF زيتون (جنس) Arabic زيتون (جنس من النباتات) ARZ Масліна BE Масьліна BE-X-OLD Маслина Bulgarian Olea Catalan Olea (tanom nga bulak) CEB Aliva CO Olivovník Czech

Responsive image

Responsive image