Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Vermaxt

Vermaxt
Wehrmacht
Yaranma tarixi 1935–1945
Ölkə III Reyx III Reyx
İşğal Almaniyası (1945–1946)
Tabedir Adolf Hitler
Tərkibi
Sayı 18,2 milyon nəfər
Müharibələr İkinci dünya müharibəsi
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vermaxt (alm. Wehrmacht‎, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935–1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht‎) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe).

Bu qoşun növləri üzərində idarəetməni həyata keçirmək üçün müvafiq baş komandanlıqlar yaradılmışdı:

1940-cı ildən etibarən SS (Waffen-SS) qüvvələri də Vermaxtın tərkibinə qatıldı və onun dördüncü qoluna çevrildi. Lakin bu qüvvələrin Silahlı Qüvvələrin Baş komandanlığına tabeliyi SS-in Reyxsfüreri Henrix Himmler tərəfindən müəyyən olunan səviyyədə saxlanırdı.

Vermaxtın Ali Baş komandanlığını (Oberkommando der Wehrmacht) Adolf Hitler özü icra edirdi.


Previous Page Next Page






Wehrmacht AF Wehrmacht ALS Wehrmacht AN فيرماخت Arabic فيرماخت ARZ Wehrmacht AST Wehrmocht BAR Вермахт BE Вэрмахт BE-X-OLD Вермахт Bulgarian

Responsive image

Responsive image