Urmiya

Şəhər
Urmiya
ارومیه
Bayraq
Bayraq
37°32′55″ şm. e. 45°04′03″ ş. u.HGYO
Ölkə
Tabesində Urmiya şəhristanı
Region Qərbi Azərbaycan ostanı
Başçı Məhəmməd Həzrətpur
Tarixi və coğrafiyası
Sahəsi
  • 42,7 km²
Mərkəzin hündürlüyü 1.332 m
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 441
Digər
urmia.ir
Xəritəni göstər/gizlə
Urmiya xəritədə
Urmiya
Urmiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Urmiya və ya Urmiyə (az.-əski. اۇرمیه‎, fars. ارومیه‎),[3] yerli əhali arasında Urmu (az.-əski. اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanıUrmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyəİraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir.

2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.[4][5][6] Bundan başqa Urmiyada kürd, fars, aysorerməni azlıqlar da yaşayır.[7] Urmiya şəhəri ölkənin böyük kənd təsərrüfatı mərkəzlərindən biridir. Burada əsasən meyvə və tütün yetişdirilir.

Şəhərin xristian irsi günümüzə qədər qorunub saxlanmışdır. Şəhərdə yerləşən bir çox kilsə və kafedrallar bunun əyani sübutudur. Hələ IX əsrdə şəhərdə müxtəlif dinlərə mənsub insanlar birlikdə yaşayırdılar. Əksər hissəsi müsəlmanlardan ibarət olan şəhər nüfuzu bundan başqa xristianlar, yəhudilər, bahailər və sufilərdən təşkil olunmuşdu.

  1. https://www.amar.org.ir/english.
  2. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  3. Азәрбајҹан Шаир вә Әдибләр Ҹәмијјәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 179.
  4. "Country Study Guide-Azerbaijanis". STRATEGIC INFORMATION AND DEVELOPMENTS-USA. 2019-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2013.
  5. "Iran-Azarbaijanis". Library of Congress Country Studies. Dekabr 1987. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2013.
  6. "Orumiyeh". Looklex Encyclopaedia. 2013-09-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.
  7. "Urmia" (ing. ). Britannica. 2014-10-10 tarixində arxivləşdirilib.

Urmiya

Dodaje.pl - Ogłoszenia lokalne