Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Kreyser

Kreyser (Hollandca: kruiser, "toqquşma") — böyük hərbi gəmilərin siniflərindən biridir. Destroyerlər kimi, kənardan dəstəyə ehtiyac duyurdular, amma müasir dövrdə bu fərq yox olmuşdur. Əvvəllər müstəqil əməliyyatlar üçün ən kiçik gəmi hesab olunurdular. Müasir müharibələrdə kreyserin köhnə funksiyası yox olmuş və yerini destroyerlərə buraxmışdır. Hərbi funksiyasına görə ən böyük gəmilər üçün Kreyser adından istifadə olunur.

Deutschland sinifli kreyserlər, Alman Reyxsmarinası tərəfindən Versal müqaviləsinin məhdudiyyətlərinə uyğun olaraq hazırlanmış ağır zirehli bir kreyser forması ilə üç Panzerschiff'in seriyasıdır. Sinifin adı ilk tamamlanmış gəmidən, Deutschlanddan sonra təyin olunmuşdur. Seriyaya aid üç gəmi 1931–1934-cü illərdə istehsal edilmiş və İkinci dünya müharibəsi əsnasında Kriegsmarineyə xidmət etmişdir.

İngiltərə öz gəmilərini, zirehli və kreyserlərdən daha kiçik olduqları üçün, güclü atəş gücünə malik olduqlarına və digər dövlətlərin ağır kreyserlərinə nisbətən daha çox silahla təchiz etdiklərinə görə zirehli döyüş gəmilərini "cib zirehlisi" adlandırmağa başladılar, baxmayaraq ki, xarakteristikası ağır kreyserə daha yaxın idi. Deutschland sinif gəmilərinə də bu dairənin içərisində "cib zirehlisi" deyilirdi. Əslində gəmilər Amerikanın Pensilvaniya sinifli döyüş gəmilərindən iki fut uzun idi. Deutschland sinifli gəmilər əvvəlcə Panzerschiff olaraq təsnif edilsə də, Kriegsmarine tərəfindən 1940-cı ilin fevral ayında ağır kreyser kimi yenidən təsnif edildilər.


Previous Page Next Page






Kruiser AF طراد Arabic Крэйсер BE Крайцер Bulgarian Morreder brezel BR Krstarica BS Creuer (vaixell de guerra) Catalan Křižník Czech Gwiblong CY Krydser Danish

Responsive image

Responsive image