Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Attenyuator

Attenyuator, 5 Vaat
Attenyuator, 100 vatt

Attenyuator (fr. attenuer, zəiflədici) — elektrik siqnallarının amplitudunu və ya elektromaqnit rəqslərinin gücünü dəyişdirən qurğu. Fiksə olunmuş qiymətə qədər zəiflədən, zəifləməni verilmiş həddlərdə pilləvari və ya səlis səkildə dəyişdirən attenyuatorlar mövcuddur. Əsas parametrləri aşağıdakılardır: zəiflətmənin qiyməti, zəiflətmənin tənzimləndiyi hüdudlar, səpilmənin yol verilən gücü, işçi tezliklər diapazonu. Attenyuatorlar ölçü sxemlərində kalibrləyici qurğular kimi, ölçü sxemləri ilə rəqs mənbəyini qoşmaq üşün, qəbuledicilərdə siqnalın səviyyəsini vermək üçün və s. məqsədlərlə istifadə olunur.[1]

  1. "O.M.Sadiqov, Z.S.Musayev, Elektronika. Ġngilis, rus və azərbaycan dillərində izahlı terminoloji lüğət, 2011, 284" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-03-18.

Previous Page Next Page