Our website is made possible by displaying online advertisements to our visitors.
Please consider supporting us by disabling your ad blocker.

Responsive image


Artefakt

Ras Şamra (Uqarit), Suriyadan tapılan, eramızdan əvvəl 1400-1300-cü illərə aid Mikena qabı

Artefakt (lat. artefactum arte - süni + faktus - düzəldilmiş) — arxeologiyada keçmişdə mexaniki təsirə məruz qalmış, məqsədyönlü arxeoloji qazıntılar və ya hər hansı tək, bəzən təsadüfi hadisə nəticəsində aşkar edilmiş obyekt. Artefaktlara misal olaraq daş alətlər, zərgərlik məmulatları, silahlar, keramika məmulatları, tikililər və onların detalları, qədim yanğının kömürləri, insan təsirinin izləri olan sümüklər və s. göstərmək olar. Artefaktlar arxeoloji ərazilərdə qazıntılar aparan, tapıntıları və qazıntıların nəticələrini araşdırıb dərc edən və bu məlumatlar əsasında bəşəriyyətin tarixi keçmişini bərpa edən arxeoloqlar tərəfindən öyrənilir. Onlarda elm və ya sənət baxımından dəyərli olanları muzeylərdə və sərgilərdə nümayiş etdirilir.


Previous Page Next Page